ADU-də Novruz bayramı münasibətilə xüsusi bayram şənliyi təşkil olunub və tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Musavat.com xəbər verir ki, tədbirdə tanınmış müğənni Elçin Cəfərov də iştirak edərək sevilən mahnılarını səsləndirib. Onun ifaları tədbirə xüsusi rəng qatıb və qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Gecənin ən yadda qalan anlarından biri isə Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı Kamal Abdulla ilə Elçin Cəfərovun birlikdə səhnəyə çıxması olub. Onlar birgə şəkildə “Biz mehriban ailəyik” mahnısını ifa ediblər.
Könül
Musavat.com