AZ

Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.

Publika.az xəbər verir ki, təbiətin, həyatın oyanması Novruzdan başlanır.

Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri Su, Od, Yel və Torpaq çərşənbələri qeyd olunur. Xalq inamına əsasən birinci çərşənbə günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, ikinci çərşənbədə od, üçüncü çərşənbədə yel, nəhayət dördüncü Torpaq çərşənbəsində təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir.

Azərbaycanlılar bayram süfrəsinə ciddi diqqət yetirirlər. Süfrədə adları s hərfindən başlayan yeddi növ xörək olmalıdır. Süfrədə həmçinin sumax, sirkə, süd, səməni, səbzi və s. olmalıdır. Bunlardan başqa masanın üstünə güzgü və şamlar, güzgünün üstünə boyanmış yumurtalar qoyulur. Bunların da öz rəmzi mənası var: şam - od, işıq deməkdir (hansı ki, insanı bədnəzərdən qoruyur), güzgü aydınlıq rəmzidir.

Ənənəyə görə bayramın ilk günü hamı evdə olmalıdır. Xalq arasında deyirlər: "Əgər bayram günü evdə olmasan, yeddi il evdə olmayacaqsan". Keçmişdə bir qayda olaraq, çöl qapıları bağlanmırdı. Təzə ilin birinci günü bütün gecə işıqlar söndürülmür, sönmüş od, işıq bədbəxtlik əlamətidir.

Seçilən
87
13
publika.az

10Mənbələr