AZ

Çak Norris xəstəxanaya yerləşdirildi

Dünya şöhrətli döyüş sənəti ustası və aktyor Çak Norris Havay adalarında tətil edərkən qəfil səhhətində yaranan problem səbəbindən xəstəxanaya aparılıb.

“Qafqazinfo” TMZ portalına istinadən xəbər verir ki, 86 yaşlı aktyor Kauai adasındakı tibb müəssisələrindən birinə yerləşdirilib.

Məlumata görə, Norris xəstəxanaya yerləşdirilməzdən cəmi bir gün əvvəl adada aktiv məşqlərini davam etdirirmiş. Aktyorun hansı səbəbdən xəstəxanaya yerləşdirildiyi açıqlanmasa da, yaxınları onun əhval-ruhiyyəsinin yaxşı olduğunu və zarafatlarından qalmadığını bildiriblər. 

Xatırladaq ki, martın 10-da 86 yaşını qeyd edən ulduz sosial media hesabında məşq videosunu paylaşaraq “Mən qocalmıram, səviyyəmi yüksəldirəm” sözlərini yazmışdı. 1940-cı il təvəllüdlü Norris “Walker, Texas Ranger” serialı ilə bütün dünyada, o cümlədən Azərbaycanda böyük rəğbət qazanıb.

"Cebheinfo.az" 

Seçilən
30
cebheinfo.az

1Mənbələr