AZ

Brüsseldən İrəvana yüz milyonluq jest: hədəf Avropaya sərbəst çıxış

Avropa İttifaqı Ermənistanla münasibətlərdə yeni mərhələyə keçid edir.

Musavat.com xəbər verir ki, Avropa Komissiyasının nümayəndəsi Kosun açıqlamasına əsasən, Aİ Ermənistana 140 milyon avro həcmində maliyyə yardımı ayıracaq.

Bu vəsait ölkədə islahatların həyata keçirilməsi və xüsusilə Aİ ilə viza rejiminin liberallaşdırılması prosesinə dəstək məqsədi daşıyır. Məlumata görə, maliyyə paketi hüquq sistemi, sərhəd idarəçiliyi, miqrasiya nəzarəti və dövlət institutlarının gücləndirilməsi kimi sahələri əhatə edəcək.

 

Musavat.com

Seçilən
87
musavat.com

1Mənbələr