AZ

Böyük Britaniya Kralı III Çarlz özünü DJ kimisınadı

Böyük Britaniya Kralı III Çarlz Mançesterdəki mədəniyyət mərkəzlərindən birində DJ pultu arxasına keçib.

Redaktor.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, kral gənclərlə görüş çərçivəsində, "King's Trust" fondunun fəaliyyətinin 50 illiyi münasibətilə Uorrinqton və Mançester şəhərlərinə səfər edib.

Səfər zamanı o, yerli DJ-in təklifini geri çevirməyərək mikşer pultunda özünü sınayıb və musiqi parçalarını miks etməyə çalışıb. Lakin monarxın hansı musiqini səsləndirdiyi barədə məlumat açıqlanmayıb.

Seçilən
128
1
redaktor.az

2Mənbələr