AZ

ABŞ Belarusa qarşı bu qadağaları ləğv edir

ain.az bildirir, Axar.az portalına istinadən.

ABŞ Belarusa qarşı bəzi sanksiyaları ləğv edəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Con Koul Minskə səfəri zamanı bildirib.

Qeyd olunub ki, xüsusilə, bir neçə Belarus bankı və kalium gübrəsi istehsal edən şirkətlər üçün məhdudiyyətlər aradan qaldırılacaq.

Belə ki, ABŞ prezidentinin sözçüsü Vaşinqtonun Belarus Maliyyə Nazirliyinə, Belarus İnkişaf Bankına və “Belinvestbank”a qarşı sanksiyaları ləğv edəcəyini elan edib. Hər ikisi aparıcı kalium gübrəsi istehsalçıları olan “Potash” şirkəti və “Belaruskali” şirkətlərinin də sanksiyalar siyahısından çıxarılması planlaşdırılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
68
axar.az

1Mənbələr