AZ

Azərbaycanda Ramazan bayramıdır

Azərbaycanda Ramazan bayramı bu il martın 20-21-i qeyd olunur.

 

Senzor.az xatırladır ki, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.

 

Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur.

 

Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının sonuncu 10 gecəsinin birində "Qurani Kərim" nazil edilib.

 

Azərbaycanda bu il Ramazan ayı fevralın 19-da başlayıb.

 

Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edib.

 

Hər il olduğu kimi, bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq.

 

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvasına görə, imkanı olan hər bir şəxsə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

 

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd edilir.

 

Allah orucunuzu və dualarınızı qəbul etsin! 

 

Bayramımız mübarək!

Seçilən
79
10
senzor.az

10Mənbələr