Neft və qaz gəlirlərinin artması qaçılmazdır və bu artım Azərbaycanın ümumi neft gəlirlərinə kifayət qədər müsbət təsir göstərəcək. Bu təsir birbaşa dövlət büdcəsinə deyil, Azərbaycan Dövlət Neft Fondunun da daxil olduğu icmal büdcəyə yönələcək. Nəticədə Neft Fonduna daxilolmalar artacaq.
Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli enerji qiymətlərindəki artımın ölkəmizə təsirlərindən danışarkən deyib.
O bildirib ki, hazırda artımın dəqiq həcmini demək çətindir, çünki qiymətlərin nə qədər müddət yüksək qalacağını proqnozlaşdırmaq asan deyil:
“Son üç həftə ərzində qiymətlər ardıcıl şəkildə artır. Bu tendensiyanın nə qədər davam edəcəyi isə zamanla bəlli olacaq”.
İqtisadçı qeyd edib ki, qiymət artımı birbaşa gəlirlərə ciddi təsir göstərir: