İsrail Müdafiə Ordusu Suriyanın cənubundakı hərbi infrastruktura zərbələr endirib.
Bu barədə "Report" İsrail ordusuna istinadən xəbər verir.
İsrail hərbçiləri bildiriblər ki, zərbələr Əs-Süveydada druzların hücuma məruz qalmasına cavab olaraq endirilib.
Məlumata görə, İsrail ordusu Suriya hökumət qüvvələrinin hərbi obyektlərindəki komandanlıq mərkəzinə və silah-sursat anbarlarına zərbələr endirib.
Bildirilib ki, ordu Suriyanın cənubunda hadisələrin inkişafını izləməyə davam edir və siyasi rəhbərliyin direktivlərinə uyğun hərəkət edəcək.