AZ

Neftçalada avtomobil kanala aşıb, iki qardaş ölüb

Neftçalada avtomobilin kanala aşması nəticəsində iki qardaş ölüb.

"Far.Az"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Qaçaqkənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili qəfil idarəetmədən çıxıb, yolun kənarındakı kanala aşıb.

Qəza nəticəsində kənd sakinləri, 2011-ci il təvəllüdlü Manaflı Əli Vüsal oğlu və onun qardaşı, 2009-cu il təvəllüdlü Manaflı Rəvan Vüsal oğlu ölüb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
49
6
far.az

8Mənbələr