AZ

Rusiya ordusu Zaporojyeni atəşə tutub: ölənlər və yaralananlar var

Rusiya Silahlı Qüvvələri Ukraynanın Zaporojye vilayətində genişmiqyaslı hücumlar həyata keçirib.

BAKU.WS xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov Teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, sutka ərzində Rusiya ordusu vilayətin 40 yaşayış məntəqəsinə ümumilikdə 864 zərbə endirib. Hücumlar əsasən Zaporojye şəhəri, eləcə də vilayətin Zaporojye və Poloqi rayonlarını əhatə edib.

Nəticədə üç nəfər həyatını itirib, dörd nəfər isə yaralanıb. Yaralılar arasında bir uşağın da olduğu bildirilib.

Seçilən
27
far.az

1Mənbələr