Dövlət idarəçiliyində aparılan institusional islahatların davamı olaraq, Prezident İlham Əliyev dövlət sektorunda əməkhaqlarının tənzimlənməsi ilə bağlı bir neçə fərman imzalayıb.
İslahatların əsas məqsədi dövlət qulluğunda daha vahid, şəffaf və optimal əməkhaqqı sisteminin formalaşdırılmasıdır. Yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən kollektiv və fərdi mükafatlar tamamilə ləğv olunur.
Bununla yanaşı, mürəkkəb və qeyri-şəffaf hesab olunan əlavə ödəniş və mükafat mexanizmləri də aradan qaldırılır, sistem sadələşdirilərək sabit maaş modelinə keçid təmin edilir.
Mükafat sisteminin ləğvi və vahid maaş modeli
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov Publika.az-a açıqlamasında bildirdi ki, sənəd dövlət idarəçiliyində aparılan institusional islahatların davamlılığını, dövlət qulluğunda əməkhaqqı sisteminin daha təkmilləşdirilməsini və eləcə də optimal və balanslı şəkildə həyata keçirilməsini nəzərdə tutur.