AZ

Ən sağlam yaz tərəvəzlərinin siyahısı açıqlanıb

Diyetoloq və qidalanma üzrə mütəxəssis Sofiya Kovanova ən sağlam yaz tərəvəzlərini açıqlayıb.

E-saglam.az xəbər verir ki, Kovanova qeyd edib ki, yazda pəhrizinizə erkən yetişən göyərtilər əlavə etməlisiniz: ispanaq, rukkola və yaşıl soğan. Bunlar immuniteti və maddələr mübadiləsini dəstəkləyən folat, C vitamini və antioksidantların yaxşı mənbəyidir".

O, həmçinin yazda turp və xren yeməyi tövsiyə etdi. Diyetoloq qeyd etdi ki, bu tərəvəzlər C vitamini və liflə zəngindir. Bununla belə, o, mədə-bağırsaq xəstəlikləri olan insanların onları mülayim şəkildə yeməli olduqlarını vurğuladı.

Kovanova həmçinin insanları yaz pəhrizlərinə kələm daxil etməyə çağırdı. Diyetoloq izah etdi ki, bu tərəvəz liflə, eləcə də C və K vitaminləri ilə zəngindir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
147
e-saglam.az

1Mənbələr