AZ

"Dəmir Qübbə"ni idarə edən İsrail ordusunun hərbçisi Koen İrana casusluqda şübhəli bilinir

"Dəmir Qübbə" Hava Hücumundan Müdafiə sistemini idarə edən İsrail ordusunun ehtiyatda olan zabiti İrana casusluq etməkdə şübhəli bilinərək həbs olunub.

Bu barədə İsrail mediası məlumat yayıb.

Şübhəli 26 yaşlı Yerusəlim sakini Raz Koendir.

Polis və "Şin Bet"in (Daxili Təhlükəsizlik Xidməti) açıqlamasında iddia olunur ki, Koen aylardır İran kəşfiyyatı ilə əlaqə saxlayır və onlar üçün bir neçə tapşırıq yerinə yetirib, o cümlədən pul müqabilində məxfi məlumatları ötürüb.

Seçilən
74
17
apa.az

10Mənbələr