AZ

“Qoy Novruzun gətirdiyi yeniliklər həyatınıza nur, qəlbinizə rahatlıq bəxş etsin” VAQİF ƏSƏDOV

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin sabiq rəisi, polis polkovniki Vaqif Əsədov xalqımızı Novruz Bayramı münasibətilə təbrik edir.

Avtosfer.az vasitəsilə əhaliyə təbriklərini çatdıran Vaqif Əsədov vurğulayıb ki, Novruz bayramı xalqımızın birlik, bərabərlik, yenilənmə və dirçəliş rəmzidir.

“Qoy bu müqəddəs bayram hər bir ocağa sevinc, hər bir ailəyə firavanlıq, ölkəmizə isə daim sabitlik və əmin-amanlıq gətirsin. Arzu edirəm ki, süfrələriniz daim bol ruzi-bərəkətlə dolu olsun, həyatınızda xoş günlər, ürəklərinizdə isə daim ümid və inam yaşasın”.

O, həmçinin qeyd edib ki, dövlətçiliyimizin möhkəmlənməsi naminə çalışan hər bir vətəndaşa yeni uğurlar arzulayır:

“Hər birinizə əmək fəaliyyətinizdə nailiyyətlər, Vətənimizə xidmət yolunda uğurlar, ailələrinizə sağlamlıq və xoşbəxtlik diləyirəm. Qoy Novruzun gətirdiyi yeniliklər həyatınıza nur, qəlbinizə rahatlıq bəxş etsin”.

Səfər

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
106
1
avtosfer.az

2Mənbələr