AZ

Azərbaycan neftinin qiyməti 122 dolları keçib

Dünya bazarında Azərbaycan neftinin kəskin bahalaşması davam edir.

XQ xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,91 dollar və ya 4,17 faiz artaraq 122,7 dollar olub.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Tacir SADIQOV
XQ 

Seçilən
86
44
xalqqazeti.az

10Mənbələr