AZ

Konteyner evlərdə baş verən yanğında 6 nəfər ölüb

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Türkiyənin Antalya vilayətində konteyner evlərində baş verən yanğın nəticəsində 5-i uşaq olmaqla 6 nəfər həlak olub.

AZXEBER.COM "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın istixana təsərrüfatında çalışan əcnəbi işçilərin yaşadığı üç konteynerdə baş verib.

Yanğının qurbanları 1 qadın və onun 5 uşağı olub. Daha 5 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağırdır, qalanlarının vəziyyəti kafi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları, yanğınsöndürənlər və təcili yardım briqadaları göndərilib. Yanğın operativ şəkildə söndürülüb.

Həlak olanların meyitləri Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutunun morquna göndərilib.

Hadisə ilə bağlı araşdırma aparılır, üç nəfər saxlanılıb.

Antalya valisi Hulusi Şahin faciə yerinə gedib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
71
2
azxeber.com

3Mənbələr