AZ

Uzun yola çıxanlar stasionar postlarda istirahət edə bilərlər DYP dən ÇAĞIRIŞ VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bu ilin mart ayı Azərbaycan xalqı üçün daha əlamətdar və sevinc dolu qeyd olunur. Çünki ötən illərdən fərqli olaraq, bu il həm Novruz, həm də Ramazan bayramı eyni günlərə təsadüf edir. Bu münasibətlə ölkədə martın 20-dən 31-nə qədər qeyri-iş günü nəzərdə tutulub. Həftə sonları və bayram günlərinin üst-üstə düşməsi, qeyri-iş günlərinin yerdəyişməsi səbəbilə martın 31-i iş günü olaraq qeyd olunub. Aradakı 11 günlük qeyri-iş günləri səbəbilə paytaxtdan regionlara axını nəzərə alaraq sürücülərdən yollarda daha diqqətli olmaları tövsiyə edilib. Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərində bölgələrə səfər edən sürücülərə çağırış edib.  Qeyd edilib ki, yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları bütün zəruri tədbirləri həyata keçirir. Lakin yenə də əsas məsuliyyət vətəndaşların üzərinə düşür.

Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis kapitanı Elvin Hacıyev Avtosfer.az-a açıqlamasında bildirib ki, yol-nəqliyyat hadisələrinin qarşısını almaq, qəzaların baş vermə ehtimalını azaltmaq üçün hamılıqla qaydalara əməl etmək əsas şərtdir:

“Gün ərzində 2-3 dəfə müraciətlərimiz olur ki, bu müraciətləri media subyektləri, sosial şəbəkələr vasitəsilə həyata keçiririk. Bu tədbirlərin görülməsində məqsəd, görülən tədbirlərin, müraciətlərin sürücülərə və digər hərəkət iştirakçılarının diqqətinə çatdırmaq, baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır. Bayram günlərində hər bir sürücü və hərəkət iştirakçısı adi günlərdən daha diqqətli olmalıdır. Çünki hərəkət intensivliyi respublika əhəmiyyətli yollarda artacaq, avtomobillər çoxalacaq. Ola bilər ki, bəzi sürücülərimiz yorğun, yuxulu halda sükan arxasına keçsin. Nəzərə almaq lazımdır ki, Baş Dövlət Yol Polisi İdarəsinin respublika əhəmiyyətli yollarda stasionar postları var. Sürücülər özlərini yorğun və ya narahat hiss etdikləri zaman həmin postlara yaxınlaşa bilərlər. Burada onlar qısa müddətli istirahət edə, sonra yollarına rahat və təhlükəsiz şəkildə davam edə bilərlər. Uzun yola çıxmazdan əvvəl avtomobilin texniki sazlığını yoxlayın, mümkün qədər günün erkən saatlarında yola çıxın, sürət həddini aşmayın, yol və hava şəraitinə görə seçin, ötmə və manevr qaydalarına uyğun davranın, sərxoş vəziyyətdə sükan arxasına əyləşməyin, avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etdiyindən əmin olun. Bu sadə qaydaları pozmaq, bir anlıq ehtiyatsızlıq arzuolunmaz hadisələrə gətirib çıxara bilər”.

Elvin Hacıyevin həmin müsahibəsini təqdim edirik:

Səfər

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
avtosfer.az

1Mənbələr