AZ

Mourinyunun köməkçisi vəfat etdi

"Benfika" və "Portu"nun heyətində altıqat Portuqaliya çempionu olan məşqçi Silvinu Louru 67 yaşında vəfat edib.

Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisinin rəsmi saytı yayıb.

Louru 1983-cü ildən 1997-ci ilə qədər Portuqaliya millisində oynayıb və 23 oyunda iştirak edib. O, bu görüşlərdə 17 qol buraxıb, 12 matçda isə qapısını toxunulmaz saxlayıb.

Portuqaliyalı məşqçi uzun illər Joze Mourinyunun komandalarında qapıçı məşqçisi kimi çalışıb. Həmyerlilər "Portu", "Çelsi", "İnter", "Real Madrid" və "Mançester Yunayted"də birgə çalışıblar.

Məşqçinin karyerasında son klubu 2021-ci ilin noyabrında ayrıldığı Sudan "Əl-Hilal"ı olub.

Seçilən
75
1
fanat.az

2Mənbələr