AZ

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə səfirliyin feysbuk səhifəsindəki paylaşımında bildirilib.

"Azərbaycan xalqını Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımızı çatdırırıq - bu bayram xeyirin şər üzərində, işığın qaranlıq üzərində, sevginin nifrət üzərində qələbəsini simvolizə edir! Qoy yazın gecə-gündüz bərabərliyi günündə başlayan yeni astronomik il xoşniyyətli bütün insanlara xoşbəxtlik və sevinc gətirsin! Qoy ürəklərdə həmişə bahar əhvali-ruhiyyəsi və daha yaxşı gələcəyə ümid hökm sürsün!", - paylaşımda qeyd edilib.

Seçilən
30
2
far.az

3Mənbələr