Yəməndə İrana bağlı şiələrdən ibarət Husilər Tehranla birlikdə ABŞ və İsrailə qarşı müharibəyə qoşulduqlarını elan ediblər.
“Cebheinfo.az”-ın məlumatına görə, Husilərin adından bu barədə videomüraciət yayılıb. Husilər müraciətdə münaqişələrin təkcə regional deyil, həm də daha geniş məna kəsb etdiyini bəyan edib və “Bu müharibə bütün ümmətin müharibəsidir”,-deyə bildiriblər. Videomüraciətdə, həmçinin Qırmızı dənizdəki ABŞ qüvvələrinə qarşı açıq təhdid yer alıb.
Husilər Qırmızı dənizdəki ABŞ gəmilərini vuracaqlarını açıqlayıblar. Husilərin müharibəyə qoşulması Yaxın Şərqdəki gərginliyin və bölgədə təhlükəsizliklə bağlı narahatlıqların artacağını göstərir.
Xatırladaq ki, Husi lideri Əbdül Malik əl-Husi əvvəllər “İsrail və ABŞ ümumiyyətlə, bölgəni nəzarətdə saxlamaq istəyirlər”- deyərək Yəmən xalqını İranı dəstəkləyən nümayişlər keçirməyə çağırmışdı.