İsrailin Rusiyadakı səfiri Oded Yosef Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, məlumata görə, İsrail səfirinin rusiyalı diplomatlarla görüşü təxminən 40 dəqiqə davam edib. Görüşdən sonra səfir mətbuata açıqlama verməkdən imtina edib.
Bildirilib ki, Rusiya tərəfi İsrail hərbçilərinin rusiyalı jurnalistlərin yaralanmasına səbəb olan hərəkətləri ilə bağlı rəsmi mövqeyini İsrail səfirinə çatdırmaq niyyətində olub.