Tramp administrasiyası, mediada yayılan xəbərlərə baxmayaraq, qanunsuz immiqrantların kütləvi deportasiyasına yanaşmasını dəyişdirmək niyyətində deyil.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bunu ABŞ Prezidentinin xüsusi köməkçisi və Ağ Evin mətbuat katibinin müavini Ebigeyl Cekson "X" hesabında bildirib.
"Heç kim mövcud administrasiyanın immiqrasiya qanunvericiliyinin tətbiqi ilə bağlı gündəliyini dəyişdirmək niyyətində deyil. Əgər kimsə ölkədə qanunsuz olaraq qalırsa, deportasiya olunur. Administrasiyanın prioriteti amerikalılar üçün təhlükə yaradan cinayətkar immiqrantların deportasiyasıdır", - deyə Ebigeyl Cekson qeyd edib.
"Cebheinfo.az"