Ümumdünya Ticarət Təşkilatı (ÜTT) Qlobal Ticarət Perspektivi və Statistika Hesabatını yayımlayıb.
"Cebheinfo.az" xəbər verir ki, hesabatda regionda artan gərginliyin, xüsusən də ABŞ və İsrailin İrana hücumlarından sonra, enerji qiymətlərinin yüksək qalması halında ticarətdə gözləniləndən daha güclü bir daralma yarada biləcəyini vurğulanıb.
Hesabatda bildirilir ki, münaqişələr davam edərsə, enerji xərclərinin artması təkcə sənayeyə deyil, həm də qida təchizatı və xidmət ticarətinə əlavə təzyiq göstərəcək. Qeyd olunur ki, xüsusilə səyahət və nəqliyyat sektorlarındakı fasilələr ticarət həcminə mənfi təsir göstərə bilər.
2025-ci ildə süni intellektin dəstəyi ilə bəzi məhsullarla bağlı güclü artım müşahidə edilsə də, 2026-cı ildə əhəmiyyətli bir yavaşlama gözlənilir.
Münaqişələr davam edərsə, bu yavaşlamanın daha da dərinləşə biləcəyi, lakin gərginliyin tez bir zamanda sona çatması və süni intellekt investisiyalarının davam etməsi halında proqnozun yenidən yaxşılaşlayacağı bildirilib.
ÜTT iqtisadçıları proqnozlaşdırırlar ki, neft və mayeləşdirilmiş təbii qazın (LNG) qiymətləri il ərzində yüksək qalsa, qlobal mal ticarəti artımı 0,5 faiz bəndi azalaraq 1,4 faizə düşə bilər.
ÜTT-nin baş direktoru Nqozi Okonjo-İveala Yaxın Şərqdəki böhranın ərzaq təhlükəsizliyi və istehlak xərcləri üçün ciddi risklər yaratdığını və enerji qiymətlərinin artmasının qlobal ticarətə təzyiqi daha da artıra biləcəyini qeyd edib. Okonjo-İveala ölkələri daha proqnozlaşdırıla bilən siyasət və əməkdaşlığa doğru addımlar atmağa çağırıb.
Hesabatda, həmçinin logistik təsirlər də müzakirə edilib. Hörmüz boğazındakı fasilələrin kənd təsərrüfatı istehsalı üçün əhəmiyyətli risklər yarada biləcəyi vurğulanıb, çünki dünya gübrə ticarətinin təxminən üçdə biri bu bölgədən keçir.
Bildirilib ki, Hindistan, Tailand və Braziliya kimi əsas kənd təsərrüfatı istehsalçıları ciddi şəkildə təsirlənə bilər. Ümumiyyətlə, qlobal mal ticarətinin 2025-ci ildə 4,6 faiz artdığı, lakin baza ssenarisi çərçivəsində 2026-cı ildə 1,9 faizə düşəcəyi gözlənilir və Yaxın Şərqdəki böhran dərinləşərsə, daha da azalma ehtimalı var. Xidmət ticarətində artımın da 4,1 faizə qədər yavaşlayacağı proqnozlaşdırılır.