AZ

ABŞ və İsrail Bəndər Lingə limanına zərbələr endirib

ABŞ və İsrail qüvvələri İranın cənubundakı Hörmüzqan əyalətində yerləşən Bəndər Lingə limanına zərbələr endirib.

"Report" Qərb KİV-nə istinadən xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi sahəsində ixtisaslaşan Böyük Britaniyanın "Ambrey" şirkəti məlumat yayıb.

Qeyd edilb ki, İrandakı Bəndər Lingə limanına ABŞ-İsrail zərbəsi endirilib. Zərbələr nəticəsində qurbanlar və ya ticarət gəmilərinin zədələnməsi barədə məlumat verilməyib.

Bəndər Lingə - İranın cənubunda, Fars körfəzində yerləşən liman şəhəridir. Liman tranzit daşımalarını təmin edir, ona xüsusi iqtisadi zona statusu verilib.

"Cebheinfo.az"

Seçilən
49
3
cebheinfo.az

10Mənbələr