AZ

Haalanddan hər kəsi "mat" edəcək yatırım

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland "Norway Chess" turnirinə və yeni yaradılan "Total Chess World Championship" şahmat turuna investor kimi qoşulub.

Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytı məlumat yayıb.

Yeni turnirin hər il keçirilməsi planlaşdırılır və burada dünyanın ən güclü şahmatçıları iştirak edəcək. Yarış dörd müxtəlif şəhərdə təşkil olunacaq dörd turnirdən ibarət olacaq. Layihə FİDE tərəfindən minimum 16 illik müddətə təsdiqlənib. Pilot turnirin 2026-cı ilin payızında keçirilməsi, tam mövsümün isə 2027-ci ildə start götürməsi nəzərdə tutulur. Yarışın mükafat fondu minimum 2,7 milyon dollar olacaq.

Haaland layihə ilə bağlı fikirlərini belə ifadə edib:

"Şahmat inanılmaz oyundur. Bu oyun zehni inkişaf etdirir və futbolla açıq paralellər var. Sürətli düşünmək, instinktlərə güvənmək və bir neçə addım irəlini hesablamaq lazımdır. Strategiya və planlama hər şey deməkdir.

Seçilən
64
publika.az

1Mənbələr