Rusiya Xarici İşlər Nazirliyi Livanın cənubunda RT televiziya heyətinin raket atəşinə tutulması ilə bağlı İsrailin Moskvadakı səfiri Oded Yosefə etiraz bildirib...
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, Rusiya hadisənin baş vermə halının hərtərəfli araşdırılmasını və gələcəkdə bu cür halların qarşısının alınmasını tələb edib.
***
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Moskva bürosu xəbər verir ki, səfirin RT-nin jurnalisti Stiv Suininin Livanın cənubunda İsrail atəşi nəticəsində yaralanması ilə əlaqədar Rusiya XİN-ə çağırıldığı bildirilib.
Qeyd edək ki, dünən RT-nin Livan bürosunun rəhbəri Stiv Suini və onun operatorunun efir zamanı raket hücumuna məruz qaldığının görüntüləri yayılıb.
Görüntüdə raketin jurnalistdən bir neçə metr aralıya düşdüyü əks olunub.
Poliqon.info