Polşa hüquq-mühafizə orqanları 34 yaşlı azərbaycanlı Orxan Məmmədbəyli barəsində beynəlxalq axtarış elan edib.
Musavat.com xəbər verir ki, Orxan Məmmədbəyli adam öldürmə və digər ağır cinayətlərdə ittiham olunur.
Rəsmi qurumlar tərəfindən yayılan məlumata görə, şübhəlinin saxlanılması məqsədilə İnterpol xətti ilə axtarışa verilməsi üçün müraciət edilib. Bildirilir ki, Orxan Məmmədbəyli barəsində "qırmızı bülleten" elan olunub. Bu isə onun dünyanın müxtəlif ölkələrində müəyyən edilərək saxlanılması və Polşaya təhvil verilməsi üçün hüquqi əsas yaradır.
Şahanə Rəhimli
Musavat. com