AZ

Tecon şəhərində güclü yanğın: 55 nəfər xəsarət aldı - VİDEO

Cənubi Koreyanın Tecon şəhərində avtomobil hissələri fabrikində baş verən yanğın nəticəsində ən azı 55 nəfər xəsarət alıb.

News365.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

"İlkin məlumatlara görə, yanğın partlayış nəticəsində baş vermiş ola bilər", - deyə nəşr bildirib.

Agentlik 24 nəfərin ağır yaralandığını dəqiqləşdirib. Yanğın başlayanda binanın içərisində ola biləcək ən azı 14 nəfərin isə axtarışları davam etdirilir.

Seçilən
66
2
news365.az

4Mənbələr