Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“İşxanutyun” xəbər portalı Ermənistan Konstitusiyasının yeni mətnini əldə edib.
“Cebheinfo.az”-ın məlumatına görə, adıçəkilən nəşr Azərbaycanın tərəfinin tələbinə uyğun olaraq konstituyanın preambula hissəsində Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad hissəsininin çıxarıldığını bildirib:
“Beləliklə, konstitusiyanın preambulasında tarixi yaddaş silinir. Mövcud konstitusiya Müstəqillik Bəyannaməsinə əsaslansa da, Müstəqillik Bəyannaməsindən bir kəlmə belə bəhs edilmir”-deyə “İşxatututyun”.
Qeyd edək ki, Müstəqillik Bəyannaməsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair 1989-cu il 1 dekabr tarixli qanunsuz qərara əsaslanır. Həmin qərar Ermənistan Ali Soveti və Dağölıq Qarabağ Muxtar Vilayətinin Milli Şurası tərəfindən çıxarılmışdı. “İşxatutyun” Ermənistan konstitusiyasında Müstəqillik Bəyannaməsinə istimnad hiisəsini xatırladaraq yazır: “Bəyannamədə deyilirdi:
Ermənistan xalqı Ermənistan dövlətçiliyinin təməl prinsiplərindən və Ermənistanın Müstəqillik Bəyannaməsində təsbit olunmuş milli məqsədlərdən irəli gələrək, azadlıqsevər əcdadlarının suveren dövləti bərpa etmək üçün müqəddəs vəsiyyətini yerinə yetirir... Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir.
Bu istinad yeni konstitusiyanın mətnindən çıxarılıb və aşağıdakı sətirlərlə əvəz edilib:
“Ermənistan Respublikası xalqı Ermənistan Respublikasının müstəqilliyini, suverenliyini və dövlətçiliyinin varisliyini qorumaq, insan hüquq və azadlıqlarını müdafiə etmək, demokratik və hüquqi dövləti möhkəmləndirmək, xalqın təhlükəsizliyini təmin etmək və ümumi rifahı təşviq etmək məqsədini rəhbər tutaraq, həmçinin gələcək nəsillərə dinc, təhlükəsiz və çiçəklənən bir vətən qoymaq öhdəliyi ilə Ermənistan Respublikasının Konstitusiyasını qəbul edir”.
Beləliklə, məlum olur ki, Ermənistan konstitusiyasına 1995-ci ildə daxil edilmiş və Azərbaycana qarşı ərazi iddialarını nəzərdə tutan preambula hissəsi yeni mətnə daxil edilməyib. Əvəzində, Ermənistanın yeni konstitusiyasına tamamilə fərqli məzmunda preambula yazılıb.
“İşxatutyun”, həmçinin qeyd edir ki, yeni konstitusiyaya əsasən, etnik erməni artıq sadələşdirilmiş prosedurla Ermənistan Respublikasının vətəndaşı ola bilməz:
“Ermənistan Respublikasının vətəndaşlıq hüququnu müəyyən edən 47-ci maddənin 2, 3 və 4-cü bəndləri tamamilə çıxarılıb. Bu o deməkdir ki, diaspordan olan erməni soydaşlarımız artıq sadələşdirilmiş prosedurla Ermənistan Respublikası vətəndaşlığını ala bilməyəcəklər”.
Çox güman ki, Nikol Paşinyan hakimiyyətinin bu addımı xaricdəki erməni diasporunun Ermənistanın daxili siyasi həyatına müdaxilə imkanlarını aradan qaldırmaq məqsədi daşıyır.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər:
Paşinyan Konstitusiya
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.