AZ

Belçika millisin üzvü Aston Villa da qalmaq istəyir

ain.az, sport24.az saytına istinadən bildirir.

"Aston Villa"nın belçikalı yarımmüdafiəçisi Yuri Tilemans komandasından ayrılmaq fikrində deyil. Sport24.az xəbər verir ki, bu barədə "Football İnsider" məlumat yayıb.Mənbənin sözlərinə görə, Belçika millisin üzvü Səudi Peşakar liqa klublarından gələn təklifləri rədd etməyə hazırdır. 28 yaşlı futbolçu hesab edir ki, hələ Premyer Liqada oynamaq gücünə malikdir və Unay Emeri rəhbərliyi altında layihənin bir parçası olmaq istəyir.Qeyd edək ki, Yuri Tilemans bu mövsüm "Aston Villa"nın heyətində 22 rəsmi matçda 1 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
sport24.az

1Mənbələr