"TikTok, instaqram, yutubda olan mahnılar çox bərbaddır. Ürək sındırmaqdan da artıq keçib. Məni bağışlayın, amma gerçəkdən bərbaddır".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Qonaqcanlı" verilişində deyib. O, süni intellektlə mahnıların bəstələnməsini qınayıb:
"Məclislərin birində gördüm ki, yanımda süni intellektlə mahnı bəstələnir. Düzdür, səsimi çıxarmadım, amma bəstəkarlarımız konservatoriya bitiriblər. Bu, asan deyil. Masa arxasında çala-çala mahnı bəstələyirlər. Yerindəcə sözlər də yazılır. İnanın ki, bu qədər asan deyil. Oxuyun, pulunuzu qazanın, amma xahiş edirəm, mədəniyyətimizi bərbad günə qoymayın." /axşam.az