ain.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Çempionlar Liqasının ardından Avropa və Konfrans Liqasında da 1/8 final mərhələsinə yekun vuruldu. "Football-plus.az" xəbər verir ki, ''Samsunspor'' Avropa ilə qələbə qazanaraq vidalaşdı. ''Qalatasaray''ın mübarizəni dayandırmasının ardından Türkiyənin Avropada yalnız bir təmsilçisi qalmışdı. Ancaq KL-də çıxış edən ''Samsunspor''un da mərhələ adlamaq şansları çox deyildi. Çünki ilk oyunda evdə ''Rayo Valyekano''ya 1:3 hesabı ilə məğlub olmuşdu. Türkiyə klubu necə deyərlər qapını möhkəm çırpmağı bacardı. ''Samsunspor'' İspaniyada Şerif Ndiayenin 65-ci dəqiqədə vurduğu qolla qələbə qazandı. Ancaq bu qələbə mərhələni adlamaq üçün kifayət etmədi. Maraq üçün bildirək ki, bu mövsüm ''Rayo Valyekano''nu səfərdə hətta ''Barselona'' (0:0) ilə ''Real'' (1:1) da yenə bilməmişdi. Beləliklə, Türkiyə təmsilçiləri üçün avrokubok mövsümü başa çatdı.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.