AZ

"Lamborghini" rekord gəlir əldə etdi

2025-c ildə İtaliyanın lüks idman avtomobilləri istehsalçısı "Lamborghini"nin əməliyyat mənfəəti azalıb.

Milli.Az xəbər verir ki, brendin əməliyyat mənfəəti 2024-cü ildəki 835 milyon avrodan 768 milyon avroya düşüb.

Bu azalmaya, əsasən, ABŞ-nin tətbiq etdiyi rüsumlar, valyuta məzənnələrindəki kəskin dalğalanmalar və tam elektrikli avtomobil istehsalından imtina ilə bağlı yaranan əlavə xərclər təsir göstərib.

Mənfəətin azalmasına baxmayaraq, "Lamborghini"nin ümumi gəliri 2025-ci ildə tarixinin ən yüksək səviyyəsinə çatıb. Belə ki, şirkətin gəliri 3.3% artaraq 3.2 milyard avroya (3.7 milyard dollar) yüksəlib. İl ərzində müştərilərə ümumilikdə 10 747 ədəd avtomobil tədarük edilib.

Qeyd edək ki, avtomobil istehsalçısı ötən il qiymətləri artırsa da, bu addım ABŞ rüsumlarının vurduğu maliyyə zərərini tam kompensasiya etməyə kifayət etməyib. /Lent.az

Milli.Az

Seçilən
38
3
milli.az

4Mənbələr