AZ

Türkiyə MN: İncirlik aviabazasına hücum baş verməyib

BAKI, 20 mart. TELEQRAF

Türkiyə Milli Müdafiə Nazirliyi Adanada yerləşən İncirlik aviabazasında həyəcan siqnalının verilməsi ilə bağlı sosial mediada yayılan məlumatlara münasibət bildirib.

Teleqraf xəbər verir ki, nazirlikdən verilən rəsmi məlumatda hər hansı təhlükənin olmadığı vurğulanıb.

Bəyanatda sosial şəbəkələrdə yayılan xəbərlərin reallığı əks etdirmədiyi qeyd olunub:

"Sosial şəbəkələrdə İncirlikdə həyəcan siqnalının verilməsi ilə bağlı paylaşımlar edilir. Lakin hər hansı bir hücum və ya neqativ hal baş verməyib. Baş verənlərin yanlış həyəcan siqnalı olduğu qiymətləndirilir".

Seçilən
43
1
teleqraf.com

2Mənbələr