AZ

Qədim Novruz ənənələri: Bayramı necə qarşılayırsansa, yeni il elə keçəcək

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Novruz bayramı ərəfəsində insanlar arasında bir sıra sadə, amma mənalı adət və inanclar formalaşıb. 

Bayrama hazırlıq dövründə diqqət çəkən əsas məqamlardan biri insanların bir-biri ilə münasibətlərinə xüsusi həssaslıqla yanaşmasıdır. 

"Cebheinfo.az" xəbər verir ki, cəmiyyətdə geniş yayılmış bəzi inanclar mövcuddur. Məsələn, Novruz bayramına küsülü girmək xoş qarşılanmır. Bu səbəbdən insanlar arasında incikliklər aradan qaldırılır, böyük və ya hörmətli şəxslər vasitəçilik edərək barışığa nail olur. Bəzi hallarda küsülü tərəflər bir-birinə gizli şəkildə bayram payı və ya hədiyyə göndərir.Digər bir maraqlı ənənə isə Novruz gecəsi və ya səhəri erkən saatlarda su ilə bağlı niyyətlərdir. İnsanlar təzə su götürərək onun üzərində arzular tuturlar. Su burada təmizlik və yeni başlanğıcın simvolu kimi çıxış edir. Bu inanca görə, su ilə edilən niyyətlərin daha səmimi və “təmiz” olduğu qəbul edilir və onların gerçəkləşəcəyinə ümid edilir. 

Novruz günü ilə bağlı başqa bir yayılmış inanc isə evə ilk daxil olan qonağın xüsusi əhəmiyyət daşımasıdır. İnanclara əsasən, həmin şəxsin xasiyyəti, niyyəti və davranışı evin həmin ilki uğuruna təsir edə bilər. Bu səbəbdən bəzi ailələr ilk qonağın xoş niyyətli, mehriban və xeyirli olmasına diqqət yetirirlər. 

Bu ənənə simvolik xarakter daşısa da, ailələr arasında maraqlı bir diqqət və həssaslıq formalaşdırır.  Novruz ərəfəsində insanların davranışlarına təsir edən digər mühüm məqam isə ümumi əhval-ruhiyyə ilə bağlıdır. İnanclara görə, bayramı necə qarşılayırsansa, yeni ilin də həmin ruhda keçəcəyi düşünülür. 

Buna görə də insanlar mübahisələrdən uzaq durmağa, pis söz işlətməməyə və daha çox müsbət enerji ilə davranmağa üstünlük verirlər. Bu yanaşma həm ailə daxilində, həm də ictimai münasibətlərdə daha səmimi və sakit mühitin formalaşmasına xidmət edir. Azərbaycan daxilində bu kimi adət və inanclar nəsildən-nəsilə ötürülərək bu günə qədər gəlib çatıb. 

Gülər Həsənli 

"Cebheinfo.az"

Açar sözlər:

qədim Novruz Novruz bayramı

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
69
1
cebheinfo.az

2Mənbələr