AZ

Yeni təyin olunan nazir müavini bu tanınmış şəxsin oğlu imiş

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Rəşad Müsəllim oğlu Həsənov Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyinat alıb.

 

R.Həsənov tanınmış jurnalist, ssenarist, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun oğludur. Qeyd edək ki, Müsəllim Həsənov son illər İctimai televiziyada nümayiş olunan sənədli filmlər silsiləsinin müəllifi və aparıcısı kimi tanınıb.

 

Rəşad Həsənov 1987-ci ildə Şəmkir rayonunda doğulub.

 

2004 – 2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr təhsili alıb.

 

2009 - 2010-cu illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Qlazqo Universitetində iqtisadi və maliyyə sektorlarının idarə edilməsi ixtisası üzrə magistr təhsili alıb.

 

2012 – 2016-cı illərdə Avstraliyanın Deakin Universitetində doktorantura təhsili alıb, iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi əldə edib.

 

2010 – 2012-ci illərdə Azərbaycan Respublikasının Mərkəzi Bankında iqtisadçı vəzifəsində çalışıb.

 

2012 – 2018-ci illərdə Avstraliyanın Maliyyə Nazirliyində iqtisadçı və baş iqtisadçı vəzifələrində işləyib.

 

2018 – 2021-ci illərdə ADA Universitetində iqtisadiyyat üzrə baş müəllim vəzifəsində çalışıb.

 

2018 – 2020-ci illərdə Dünya Bankının Avstraliyadakı ofisində məsləhətçi və makroiqtisadçı vəzifələrini tutub.

 

2020 – 2021-ci illərdə BMT-nin Rezident Əlaqələndiricisinin Azərbaycan ofisində iqtisadçı olub.

 

2021 – 2026-cı illərdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri vəzifəsində çalışıb.

 

2026-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

 

İngilis və rus dillərini bilir.

 

Ailəlidir.

 

Modern.az

Tarix: 20 Mart 2026, 17:46   
Seçilən
73
15
pravda.az

10Mənbələr