AZ

Azərbaycan guşəsi Astanada Novruz bayramına rəng qatıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Astana, 20 mart, AZƏRTAC

Astanada Avrasiya Milli Universitetində Novruz bayramına həsr olunmuş təntənəli tədbirlər keçirilib.

AZƏRTAC xəbər verir ki, bayram çərçivəsində azərbaycanlıların “Xəzər” etnomədəni birliyinin gənclər qolu tərəfindən universitetin illik mədəni tədbirlərinin ənənəvi hissəsinə çevrilmiş “Azərbaycan guşəsi” təşkil olunub.

“Azərbaycan guşəsi”nin təşkilatçılarından biri “Beynəlxalq münasibətlər və diplomatiya” ixtisası üzrə ikinci kurs tələbəsi, hökumətlərarası təqaüd proqramı ilə Azərbaycandan gəlmiş Aydan Əhmədzadə olub.

“Burada biz ənənəvi şirniyyatlarımız olan paxlava, şəkərbura, bayram xonçası və səməni təqdim edirik. İstədik ki, ölkəmiz bu bayramda layiqincə təmsil olunsun”, – deyə Aydan Əhmədzadə əlavə edib.

“Xəzər” etnomədəni birliyinin sədri Mahir Rzayev qeyd edib ki, tədbirdə iştirakının əsas məqsədi Azərbaycan mədəniyyətinin və Novruz ənənələrinin təbliğidir.

“Qardaş qazax xalqının mədəniyyətimizi tanıması çox vacibdir. “Azərbaycan guşəsi” universitetdə hər il təşkil olunur və artıq xoş ənənəyə çevrilib”, – deyə o vurğulayıb.

Universitetin tələbə və müəllimləri sərgiyə böyük maraq göstərərək iki ölkənin ənənələri arasında oxşarlıqları və özünəməxsusluğu qeyd ediblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
azertag.az

1Mənbələr