AZ

Lukaşenko ABŞ a mədən satmağa hazırdır: ən azı 3 milyard dollarlıq

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Belarus prezidenti Aleksandr Lukaşenko ölkədəki bir mədənin ABŞ-a satılması ehtimalından danışıb. Onun sözlərinə görə, mümkün razılaşmanın dəyəri minimum 3 milyard dollar təşkil edə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "BelTA" məlumat yayıb.

Lukaşenko bildirib ki, amerikalılar hazırda bu təklifi nəzərdən keçirirlər: “Düşünürlər. Amma 3 milyard dollar minimum qiymətdir. Hökumət ehtiyatları və digər amilləri də hesablayacaq — yekun qiymət daha yüksək ola bilər”, - deyə o qeyd edib.

Belarus lideri bu mövzuya ilk dəfə VII ÜmumBelarus Xalq Məclisinin iclasında toxunmuşdu. O zaman o, ABŞ-a kalium və neft almağı təklif etdiyini də qeyd etmişdi.

Hazırda tərəflər arasında mümkün razılaşmanın detalları ilə bağlı danışıqların davam etdiyi bildirilir.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
83
icma.az

1Mənbələr