AZ

NATO İraqdakı təlim missiyasını geri çağırıb

Reyting.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

NATO Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar səbəbindən İraq ordusu üçün təlim missiyasını müvəqqəti olaraq İraqdan geri çağırıb.

Reyting.az-ın məlumatına görə, İraqdakı mənbələr “France-Presse”-ə bildiriblər ki, bu, müvəqqəti geri çəkilmədir və mövcud vəziyyətlə bağlıdır.

Başqa bir mənbə isə NATO missiyasının "tamamilə geri çəkildiyini" deyib.

Öz növbəsində, NATO sözçüsü agentliyə bildirib ki, alyans İraqdakı missiyasını yenidən qruplaşdırıb.

Qeyd edək ki, bu missiya qeyri-döyüş xarakteri daşıyır və İraq silahlı qüvvələri üçün zabit və mütəxəssislər hazırlayır.

E. KAMAL

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
80
reyting.az

1Mənbələr