AZ

Tramp İranla bağlı çətin seçim qarşısındadır – SENSASİON MƏLUMAT YAYILDI

Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalının analitikləri belə qənaətə gəliblər ki, İran ətrafında münaqişənin inkişafı ABŞ Prezidenti Donald Trampı olduqca çətin vəziyyətə salıb. Ekspertlərin fikrincə, vəziyyət tədricən Vaşinqtonun xeyrinə olmayan istiqamətdə dəyişir və böhranın uzanması qlobal riskləri artırır.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər burada söhbətin İranın hərbi qələbəsindən deyil, ABŞ-ın mümkün siyasi məğlubiyyətinin fəsadlarından getdiyini qeyd edirlər. Analitiklərin fikrincə, bu, Amerika rəhbərliyi tərəfindən gözlənilməz qərarların verilməsinə və beynəlxalq arenada qeyri-sabitliyin güclənməsinə səbəb ola bilər. Tehrann asimmetrik təzyiq strategiyası, xüsusən Hörmüz boğazının qismən blokadaya alınması qlobal enerji bazarlarına təsir edərək ABŞ və müttəfiqlərinə qarşı rıçaq rolunu oynayır.

“The Washington Post” nəşrinin məlumatına görə, Pentaqon artıq hərbi əməliyyatların mümkün xərclərini on milyardlarla dollar həcmində qiymətləndirir. Bu isə Trampın dövlət xərclərini azaltmaq və uzunmüddətli münaqişələrdən qaçmaq barədə əvvəlki vədləri ilə ziddiyyət təşkil edir. Vaşinqton hazırda eskalasiyanı davam etdirmək və ya qarşıya qoyulan məqsədlərə çatmadan münaqişədən çıxmaq kimi iki çətin seçim arasındadır.

Eyni zamanda, İsrail Baş naziri Benyamin Netanyahu İran təhlükəsinə qarşı mübarizənin strateji əhəmiyyətini vurğulasa da, analitiklər daxili təzyiqlər fonunda ABŞ administrasiyasının xarici siyasət prioritetlərinə yenidən baxa biləcəyini ehtimal edirlər. KİV-də yayılan məlumatlara görə, ABŞ və İsrail arasında münaqişənin aparılma taktikası ilə bağlı yaranan fikir ayrılıqları vəziyyəti daha da mürəkkəbləşdirir.

Sara,
NOCOMMENT.az

Seçilən
118
nocomment.az

1Mənbələr