Bakı, 20 mart, AZƏRTAC
Məşhur aktyor Çak Norris dünyasını dəyişib.
AZƏRTAC xarici mediaya istinadən xəbər verir ki, Havay adalarında istirahət edən 86 yaşlı aktyorun vəziyyəti anidən dəyişib.
Əfsanəvi aktyorun ölüm səbəbi tam açıqlanmasa da ailə üzvləri hadisənin onun səhhətində baş verən ani və gözlənilməz dəyişiklik səbəbindən olduğunu bildiriblər.
Qeyd edək ki, 10 mart 1940-cı ildə anadan olan aktyorun döyüş idman növlərindəki uğurlarını çəkildiyi filmlərdə də əks etdirməsi canlandırdığı obrazları fenomenə çevirib. Belə ki, onun 1972-ci ildə çəkilən "Əjdahanın yolu" filmində məşhur aktyor Brüs Li ilə Roma Kolizeyindəki döyüş səhnəsi kino tarixinin ən ikonik səhnələrindən biri kimi qəbul edilir.