ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
İranın İsrailə atdığı raketlərin qalıqları Qüds ətrafına düşüb.
Globalinfo.az xəbər verir ki, İsrail mediasının məlumatına görə, raketlər İran ərazisindən Qüds, Ölü dəniz və Qərb sahili istiqamətində buraxılıb.
Məlumata əsasən, raketlərdən biri Əl-Əqsa məscidi və Məbəd dağı yaxınlığında, təxminən 350 metr məsafədə partlayıb.
Təcili tibbi yardım xidməti hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat daxil olmadığını açıqlayıb. Polis isə əraziyə düşən raket qalıqlarının axtarışının davam etdiyini bildirib.
Gün ərzində İsrailin geniş ərazilərində hava hücumu siqnalları səslənib. Rəsmi qurumlar bəzi raketlərin ayrılan döyüş başlıqları daşıdığını ehtimal edir.
İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, raket qalıqları Qüdsin Köhnə şəhər hissəsinə düşüb və müqəddəs məkanlara təhlükə yaradıb. Bu səbəbdən Əl-Əqsa məscidi, Müqəddəs Qəbir kilsəsi ziyarət üçün müvəqqəti bağlanıb.
Əliyar Xəlil
Globalinfo.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.