AZ

Peyğəmbər dövründə fitrə zəkatı adam başına 3 kilo olmaq şərtilə daha çox arpadan, buğdadan, kişmişdən, xurmadan, düyüdən verilərmiş

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fitr zəkatı və ya fitrə, Ramazan ayının sonunda verilən məcburi bir ibadətdir. Məqsəd müsəlmanların Ramazan bayramından əvvəl yoxsulların ehtiyaclarını ödəməsi və onların bayram sevincindən bəhrələnmələrini təmin etməkdir.

Fitr zəkatı hər bir müsəlman üçün vacibdir. Ailə başçısı həmçinin himayəsində olanlar üçün fitrə zəkatı verməlidir. Fitr zəkatı məbləği ümumiyyətlə insanın gündəlik əsas qida ehtiyaclarına əsasən hesablanır və hər il elan edilən məbləğə uyğun olaraq müəyyən edilir.

İlahiyyatçı Ağa Hacıbəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fitrə zəkatı fitrətimizin zəkatı, yəni yaradılışımızın zəkatı, xüsusilə Ramazan ayının son günündə, bayramdan əvvəl çıxarılan zəkatın adıdır: “İçərisində iki böyük yol var. Fitrə zəkatının əsas mahiyyəti bir hədisdə Peyğəmbərimiz (ə.s.) hədisi ilə belə bəyan edilir. Deyir ki, tutduğumuz oruclar səmadan asılı vəziyyətdədir. Verdiyiniz sədəqələrin vasitəsilə siz onun haqq qatında qəbuluna şərait yaradırsınız. İşin ikinci tərəfi isə bayram vaxtında cəmiyyətdə yaşayan fəqir-füqəra, yoxsul insanların sevinməsi və onların da bayrama ehtiyaclarını aradan qaldıraraq girməsi deməkdir”.

İlahiyyatçı qeyd edib ki, Peyğəmbər dövründə fitrə zəkatları hər adam başına üç kilo olmaq şərtilə daha çox arpadan, buğdadan, kişmişdən, xurmadan, düyüdən verilərmiş: “Sonrakı dövrlərdə XXI əsrdə fitrə üzərində düşünülüb, pul halına gətirilib və müəyyən məzənnə ilə pul vasitəsilə zəngin insanlar cəmiyyətdə yaşayan yoxsul insanları sevindirir. Dinimizə görə zəngin insan 80 qram qızılı olan bir adama deyilir. Amma fitrə günümüzdə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunmuş minimum 10–15 manat arası məbləğlə də verilə bilər. Lakin elə insanlar ola bilər ki, bu məbləğə gücləri çatmasın, amma fitrə sədəqəsi vermək istəsinlər. Bunlar bir az minimum dərəcədə azalda bilərlər, çünki buğdanın qiyməti aşağı qiymətlə hesablansa, bir az aşağı məbləğ də vermək olar. Önəmli olan odur ki, bu bayram günündə ətrafımızdakı yoxsulları, fəqirləri sevindirə bilək, qəlb qazana bilək.

Diqqəti çəkmək istərdim ki, Ramazan ayı boyunca ola bilər ki, bir adam daha zəngin süfrələri tərcih edib. Yəni evində iki manatlıq xurma deyil, 30 manatlıq xurma yeyib və yaxud kişmişin 10 manatlığı deyil, 30–40 manatlıq növündən istifadə edib. Belə insanlar imkanı varsa, minimum həddi deyil, daha maksimum həddi götürsünlər. Elə bir yardım edə bilərlər ki, qonşularındakı fəqirə, ehtiyaclı adama ümumiyyətlə yoxsulluğa son qoya bilərlər. Əsas odur ki, Allah Rəsulu buyurur: “Verən əl alan əldən üstündür”, elə bu Ramazan ayında verən əl olaq. Yardım edən əl olaq ki, Allah qatında dəyərimiz bir az da artsın”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
123
bizimyol.info

1Mənbələr