Əvvəllər Novruz bayramına həftələr qalmış hazırlıqlar başlanardı. Analarımız, nənələrimiz qollarını çirmələyib müxtəlif şirniyyatlar bişirər, süfrə açardılar.
"Unikal" Baku TV-yə istinadən xəbər verir ki, hazırda bəzi evlərdə bu ənənə davam etsə də, ümumilikdə vəziyyət dəyişib. Əksəriyyət Novruz şirniyyatlarını ya hazır alır, ya da sifariş verib bişirtdirir. Hazır alınan şirniyyatlar evdə bişirilənlərin yerini vermədiyi kimi, həm də baha başa gəlir. Belə ki, Novruz xonçasının bəzəyi olan şəkərbura və paxlavanın kiloqramı 20 manatdan başlayır, sinisi isə 100 manata qədər dəyişir.