Rusiyanın Moskva vilayətinin Kolomna şəhərində yüngül təyyarə qəzaya uğrayıb.Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, “Direct Fly” markalı “ALTO NG” model təyyarə Stupino şəhər dairəsində yerləşən “Torbeevo-Start” aerodromundan planlı uçuş həyata keçirirmiş. Qəza nəticəsində iki nəfər həyatını itirib.