AZ

“İncirlik” aviabazasında təhlükə ilə bağlı məlumatlar təkzib edilib

Ankara, 20 mart, AZƏRTAC

Türkiyənin Milli Müdafiə Nazirliyi Adana vilayətində yerləşən “İncirlik” aviabazası ərazisində həyəcan siqnallarının səslənməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara aydınlıq gətirib.

AZƏRTAC xəbər verir ki, müdafiə qurumundakı mənbələr aviabaza ərazisində hər hansı hücum və ya neqativ vəziyyət qeydə alınmadığını bildiriblər.

“Ehtimal ki, yalan həyəcan siqnalı olub”, – deyə Ankaradakı mənbələr qeyd ediblər.

Xatırladaq ki, martın 13-də NATO qüvvələri tərəfindən Adana vilayəti üzərində ayın əvvəlindən bəri İranın üçüncü ballistik raketi ələ keçirilib.

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Seçilən
68
1
azertag.az

2Mənbələr