AZ

Gəncədə ağır qəza: 2 nəfər xəstəxanaya aparıldı

Gəncədə avtomobillərin toqquşması iki nəfərin xəsarəti ilə nəticələnib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, qəza zamanı 1984-cü il təvəllüdlü Vüsal Məmmədov və 2005-ci il təvəllüdlü Aytən Niftəliyeva  müxtəlif dərəcəli bədən xəsarətləri ilə şəhərin xəstəxanalarından birinə yerləşdirilib.

Yaralılara ilkin  tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Seçilən
126
1
bizim.media

2Mənbələr