AZ

Antonelli karyerasında ilk dəfə mərhələ qalibi oldu

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Dünya çempionatının Şanxayda keçirilən mərhələsi “Mersedes”in pilotu Kimi Antonellinin qələbəsi ilə əlamətdar oldu. "Football-plus.az" xəbər verir ki, fəxri kürsünün 2-ci pilləsinə onun komanda yoldaşı Corc Rassell qalxdı. “Mersedes” ardıcıl 2-ci mərhələdə “qızıl dubl” etdi. Karyerasında ilk dəfə finiş xəttini 1-ci keçən 19 yaşlı Antonelli “Formula-1” tarixində ən gənc ikinci qalibdi (birinci Ferstappen olub).3-cü yeri tutan Lüis Hemiltin “Ferrari” pilotu kimi ilk dəfə mükafatçılar sırasına düşdü. Yeddiqat dünya çempionu ötən ildən bu komandanın şərəfini qoruyur. Britaniyalı podiuma sonuncu dəfə 2024-ün noyabrında Las-Veqasda, hələ “Mersedes” pilotu olarkən qalxmışdı. Hemilton sonuncu qələbəsini də elə həmin ilin iyulunda Belçikada qazanıb. 41 yaşlı Hemilton “Formula-1” tarixində çempion titullarının sayına görə birinciliyi Mihael Şumaherlə bölüşür. Lüis həmçinin qələbəli mərhələ (105), podium (203) və poul-pozişn (104) sayına görə rekordçudu.Çin mərhələsi ilə bağlı başqa məqamlara gəlincə, “Maklaren”in pilotları Lando Norris və Oskar Piastri, “Uilyams”ın pilotu Aleksandr Albon və “Audi”nin pilotu Qabriel Bortoleto müxtəlif texniki səbəblər üzündən start götürə bilmədi. Lens Stroll (Aston Martin) 9-cu, Fernando Alonso (Aston Martin) 32-ci, Maks Ferstappen (Red Bull) isə 46-cı dövrədə mübarizədən çəkildi.Dünya çempionatının növbəti mərhələsi martın 29-da Yaponiyada keçiriləcək.Təsnifat mərhələsi1. Kimi Antonelli (İtaliya) 1.32,0642. Corc Rassell (B.Britaniya) 1.32,2863. Lüis Hemilton (B.Britaniya) 1.32,4154. Şarl Lekler (Monako) 1.32,4285. Oskar Piastri (Avstraliya) 1.32,5506. Lando Norris (B.Britaniya) 1.32,6087. Pyer Qasli (Fransa) 1.32,8738. Maks Ferstappen (Niderland) 1.33,0029. Ayzek Hacar (Fransa) 1.33,12110. Oliver Berman (B.Britaniya) 1.33,29211. Niko Hülkenberq (Almaniya) 1.33,35412. Franko Kolapinto (Argentina) 1.33,35713. Esteban Okon (Fransa) 1.33,53814. Liam Louson (Yeni Zelandiya) 1.33,76515. Arvid Lindblad (B.Britaniya) 1.33,78416. Qabriel Bortoleto (Braziliya) 1.33,96517. Karlos Sayns (İspaniya) 1.34,31718. Aleksandr Albon (Tayland) 1.34,77219. Fernando Alonso (İspaniya) 1.35,20320. Valtteri Bottas (Finlandiya) 1.35,43621. Lens Stroll (Kanada) 1.35,995 22. Serxio Peres (Meksika) 1.36,906Həlledici mərhələ305,066 (5451 metrlik 56 dövrə)1. Kimi Antonelli (Mersedes) 1:33.15,607 2. Corc Rassell (Mersedes) +5,5153. Lüis Hemilton (Ferrari) +25,2674. Şarl Lekler (Ferrari) +28,8945. Oliver Berman (Haas) +57,2686. Pyer Qasli (Alpin) +59,6477. Liam Louson (Reysinq Bulls) +1.20,588 8. Ayzek Hacar (Reysinq Bulls) +1.27,2479. Karlos Sayns (Uilyams) 1 dövrə10. Franko Kopapinto (Alpin) 1 dövrə11. Niko Hülkenberq (Audi) 1 dövrə12. Arvid Lindblad (Reysinq Bulls) 1 dövrə13. Va1tteri Bottas (Kadillak) 1 dövrə14. Esteban Okon (Haas) 1 dövrə15. Serxio Peres (Kadillak) 1 dövrəŞəxsi birincilik1. Corc Rassell 512. Kimi Antonelli 473. Şarl Lekler 344. Lüis Hemilton 335. Oliver Berman 176. Lando Norris 157. Pyer Qasli 98. Maks Ferstappen 89. Liam Louson 8 10. Arvid Lindblad 411. Ayzek Hacar 412. Oskar Piastri 313. Karlos Sayns 214 Qabriel Bortoleto 215. Franko Kolapinto 2Mühəndislər kuboku1. Mersedes 982. Ferrari 673. Maklaren 184. Haas 17 5. Red Bull 126. Reysinq Bulls 127. Alpin 108. Audi 29. Uilyams 2

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
97
3
icma.az

4Mənbələr