AZ

İtaliya Azərbaycanla əlavə qaz tədarükü ilə bağlı danışıqlar aparır

Bakı. Trend:

İtaliya Yaxın Şərqdəki vəziyyətə görə Qətərdən qaz tədarükünündayandırılması fonunda qaz tədarükünün təmin edilməsi üçün ABŞ,Azərbaycan və Əlcəzair də daxil olmaqla bir neçə ölkə ilədanışıqlar aparır.

Trend xəbər verirki, bunu İtaliyanın energetika naziri Cilberto Piçetto FratinMilanda keçirilən tədbirdə çıxışı zamanı deyib.

"Artıq dayandırılmış Qətərdəki mayeləşdirilmiş təbii qaz (LNG)istehsalı zavodunun da bombardmana məruz qalması faktı qiymətlərədağıdıcı təsir göstərib", - deyə o qeyd edib.

Bundan əvvəl Qətər qaz təchizatı üçün fors-major elan edib vəaprel ayında tədarüklə bağlı müqavilə öhdəliklərini yerinə yetirəbilməməsi barədə "Edison" şirkətini xəbərdar etmişdi.

Qeyd edək ki, hazırda İtaliya Azərbaycandan ən çox qaz alanölkədir və bu qaz Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsiləAvropaya tədarük olunur. Bu boru kəməri Xəzər yataqlarını Avropabazarları ilə birləşdirən və qitənin enerji təchizatınınşaxələndirilməsini təmin edən Cənub Qaz Dəhlizinin Avropaseqmentidir.

TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr təşkil edirvə onun 20 milyard kubmetrə qədər artırılması imkanı nəzərdətutulur.

2026-cı il yanvarın 1-dən etibarən TAP qazın nəqli üzrə yenisaziş (GTA) çərçivəsində əlavə uzunmüddətli ötürmə qabiliyyətitəqdim edib.

2025-ci ildə Azərbaycan İtaliyaya 9,5 milyard kubmetr təbii qaztədarük edib ki, bu da ölkənin ümumi ixracının 38%-ni təşkiledir.

Ötən il Azərbaycanda 51,5 milyard kubmetr təbii qaz hasil edilibki, bunun da 14,1 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"yataqlarından, 27,9 milyard kubmetri "Şahdəniz" yatağından, 1,6milyard kubmetri "Abşeron" yatağından və 7,9 milyard kubmetriSOCAR-dan hasil edilib.

Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib: Avropaya12,8 milyard kubmetr, Türkiyəyə 9,6 milyard kubmetr (o cümlədənTANAP vasitəsilə 5,6 milyard kubmetr), Gürcüstana 2,3 milyardkubmetr və Suriyaya 0,5 milyard kubmetr qaz ixrac edilib.

Məqalədə:
Seçilən
122
3
az.trend.az

10Mənbələr